“Bu, Gürcüstanı 90-cı illərə qaytarır“
Qeyd edək ki, ötən gün altı Gürcüstanda qüvvəyə minən “Amnistiya haqqında” qanuna əsasən həbsdə olan altı kriminal avtoritet azadlığa buraxılıb və gürcü hökuməti kriminal avtoritetlərə ölkə ərazisini tərk etmək üçün 24 saat vaxt verib. Gürcüstan prezidentinin sözlərinə görə, yaxın günlərdə Gürcüstanda daha 20 avtoritet azadlığa buraxılacaq.
“Məni Gürcüstan hökumətinin reaksiyası çox təəccübləndirir. Onlar özlərinin hazırladığı “Amnistiya haqqında” qanunun məsuliyyətini öz üzərlərindən atmaq istəyirlər. Biz sanki tarixi təkrarlayır və 90-cı illərə qayıdırıq. Heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Bu, məsuliyyətsizlik, ədalətsizlik və xaos sindromudur”, deyə prezident Saakaşvili bildirib.
Azadlığa çıxan “qanuni oğru”ların ölkəni tərk etməsi tələbinə münasibət bildirən Saakaşvili, “Özününzü gülünc vəziyyətə salmayın. Axı onlar kimə lazımdı ?! Siz düşünürsüz ki, digər ölkələr onları qəbul edəcək?!” deyib.