“Ya dərk etmir, ya da bunun adı başqadır”

“Ya dərk etmir, ya da bunun adı başqadır”
  22 Fevral 2013    Oxunub:1382
“Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub. İnanmıram ki, o, baş qoşduğu işin mahiyyətini tam aydınlığı ilə dərk edir.
Əgər dərk edirsə, onda onun əməllərinin adı tamam başqadır. Müxtəlif siyasi oyunlara girib mənsub olduğu xalqa ziyan vurmaq istəyənlər heç zaman rəğbət qazana bilməyiblər”.
Məlumata görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanın tarixində belələri olub: “Xalq onları lənətlə xatırlayır. Söyün Sadıqov həmin siyahıya daxil olmaq istəyirsə, bu onun öz işidir. Ancaq bir şey hər kəsə aydındır: Söyün Sadıqovdan bir alət kimi istifadə edilir. Alətdən isə, bir qayda olaraq, işə yararlı olduğu zamana qədər istifadə olunur”.
(modern.az)



Teqlər:  





Xəbər lenti