Böyük Britaniyada 760 nəfər istidən ölüb

Böyük Britaniyada 760 nəfər istidən ölüb
  19 İyul 2013    Oxunub:1785
Bu barədə BBC korporasiyası məlumat yayıb
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın və Şimali İrlandiyanın əksər ərazilərində görünməmiş istilər bir həftə içində 760 nəfərin ölümünə səbəb olub.

London Gigiena Məktəbinin hesablamalarına görə ölkə ərazisnə 9 gün öncə daxil olan tropik istilər nəticəsində təkcə İngiltərədə 700 nəfər ölüb.

Ötən 6 gün ərzində Londonda havanın hərarəti 30 dərəcədən yuxarı olub. Son iillərin sərin və yağışlı yay mövsümünə vərdiş edən britanniyalılar havanın yüksık hərarətinə çətinliklə dözürlər.

Alimlər isə qeyd edirlər ki, britaniyalıların bir çoxu yetərincə qorunma tədbirləri həyata keçirmədiyindən , istilər onların səhətinə neqativ təsir göstərib.

S.Həsənova


Teqlər:





Xəbər lenti