Ən çox abituriyent I qrupdadır

Ən çox abituriyent I qrupdadır
  19 İyul 2013    Oxunub:1251
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 21-də I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanı, orta ixtisas təhsil müəssiələrinə qəbul imtahanı, eləcə də rezidenturaya qəbul ilə bağlı mətbuat konfransı keçirib.

AzVision.az xəbər verir ki, komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, I ixtisas qrupu üzrə keçiriləcək imtahan iştirakçı sayına görə ən böyük imtahandır:

“Qəbul imtahanında 36 883 abituriyent iştirak edəcək. Onlardan 22 372 nəfəri oğlan, 14 511 nəfəri isə qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkə vətəndaşıdır. Abituriyentlər arasında ən yaşlısı 1956-cı ildən, ən gənci isə 1998-ci ildəndir”.

İmtahanın keçiriləcəyi şəhərlərə gəlincə isə E.Nağızadə deyib ki, qəbul imtahanı respublikanın 11 şəhərində keçiriləcək:

“Bu şəhərlər Bakı, Sumqayıt və Mingəçevir, Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubadır. Artıq abtiruyentlərin böyük əksəriyyəti buraxılışı vərəqələrini çap edib götürüb. Hazırlıq işləri dmək olar ki, yekunlaşıb. Imtahanı idarə edəcək heyətlə treninqlər demək olar ki, başa çatıb. Sabah bölgələrdə keçirləcək imtahanda zal nəzarətçisi qismində iştirak edəcək müəllimlərlə son treninqlər aparılacaq. Sabah günorta saatlarında TQDK və xüsusi dövlət mühafizə xidməti əməkdaşları imtahan keçiriləcək binalara son baxış keçiriləcək və möhürlənərək mühafizəyə götürüləcək. İmtahanlar 57 binada keçiriləcək”.

E.Nağızadə onu da vurğulayıb ki, ötən dəfə olduğu kimi ölkə rəhbərliyinin tapşırığına əssas bu imtahanda da abituriyentlərə avtobus xidməti göstəriləcək: “Onların imtahan mərkəzlərinə çatdırılması və geri qaytarılması pulsuz olacaq. Bu, imtahan keçirilməyən şəhərlərdə yaşayan abituriyentlərə aiddir. Bu xidmətdən yaralanmaq istəyənlər təhsil şöbəsinə müraciət etməli, buraxılışı vərəqəsi və şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti