Türkiyə və Rusiya olimpiyadadan uzaqlaşdırıldı

Türkiyə və Rusiya olimpiyadadan uzaqlaşdırıldı
  16 Aprel 2016    Oxunub:2968
Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından 14 komandanı diskvalifikasiya edib.
AzVision.az xəbər verir ki, buna səbəb komandaların Avropa Basketbol Liqaları Birliyinin (ULEB) keçirdiyi Avroliqa və Avropa Kuboku turnirlərində iştirak etmələri olub.

Xəbəri təsdiq edən FIBA-nın mətbuat katibi Sakis Kontos deyib ki, Rusiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, İspaniya, Türkiyə, Litva, Yunanıstan, İtaliya, İsrail, Makedoniya və Polşanın kişilərdən ibarət yığma komandaları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

O, əlavə edib ki, həmin ölkələrin komandları eyni zamanda Avropa çempionatında da iştirak etməyəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti