Azərbaycan hökumətinin Türkiyədən gözləntisi

Azərbaycan hökumətinin Türkiyədən gözləntisi
  22 Fevral 2013    Oxunub:1857
“Türkiyə hökuməti, Türkiyə Böyük Millət Məclisi gələcəkdə Xocalı soyqırımına mütləq müvafiq qiymət verəcək.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əksəriyyəti Xocalıda baş verən hadisəni soyqırımı adlandırıb. Ümid edirik ki, TBMM də yaxın gələcəkdə buna hüquqi qiymətini verəcək”.

Məlumata görə, bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Xocalı soyqırımını dünyada 3 ölkə tanıyıb - Kolumbiya, Meksika və Pakistan. Faciə ABŞ-ın 6 ştatında tanınıb, Rumıniya və digər ölkələrdə müzakirədədir: “Türkiyə parlamentində bir neçə dəfə dinləmələr keçirilib. Bələdiyyələr səviyyəsində qiymət verilib. Ümid edirik ki, TBMM də yaxın gələcəkdə buna hüquqi qiymətini verəcək”.
(apa)



Teqlər:





Xəbər lenti