İsti havalarda necə yatmalı?

İsti havalarda necə yatmalı?
  19 İyul 2013    Oxunub:1810
Günəşli və isti hava xoşagələn olsa da, öz problemləri var. Məsələn, gecələr yatmaq çətin olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamenti qarşıdan gələn günlərdə nisbətən sərin havalar vəd etsə də, qızmar yay günləri davam edir. Hələ bu isti günlərdə bir də havanın rütubəti artdımı nəfəs almaq belə çətinləşir. Yuxusuzluq problemləri ortaya çıxır. Tər içində yuxuya getmək xeyli müşkül məsələyə çevrilir.

Qeyd etdiyimiz kimi məhz rütubət problemin əsas hissəsidir, belə ki, o tərin buxarlanmasına mane olur.

Şükürlər olsun ki, ölkəmizdə kondisionerlərdən istifadə geniş yayılıb.Onların sayəsində isti və rütubətli hava yatmaq istəyənlərə problem yaratmır. Lakin nəzərə almalıyıq ki, müəyyən səbəblərdən bu xilasedici qurğudan istifadə etməyənlər var. Odur ki, yayda yuxusuzluq problemindən qurtulmağın ən yaxşı yollarını, maraqlı məsləhətləri təqdim edirik:

Hava eksperti Philip Eden yaxşı yuxu üçün Aralıq dənizi ölkələrində geniş istifadə edilən üsulları məsləhət görür.

Ekspert deyir ki, gündüz saatlarında günəş şüalarının otağa düşməsinin qarşısını almaq üçün pərdələri örtmək lazımdır.

Evin kölgəli tərəfində pəncərələri açıq, günəşli tərəfində isə qapalı saxlamaq məsləhətdir. Beləliklə, gün ərzində bəzi pəncərələr və pərdələr açılmalı, digərləri isə qapadılmalıdır.

Lakin pəncərələri açıq saxlamaq heç də həmişə mümkün olmur. Oğurluq, müxtəlif həşərat və ağcaqanadlar da daxil müxtəlif təhlükələri nəzərə alınmaqla bəzi pəncərələri daim qapalı saxlamaq məcburiyyətində qalırıq.

Ventilyator



London İmperiya Kollecinin yuxu və tənəffüs fizilogiyası professoru Mary Morrell hesab edir ki, elektrik sərinkeşləri yaxşı yatmaq üçün ağlabatan vasitədir. Sərinkeş otaqdakı havanı hərəkətdə saxlamaqla tərin buxarlanmasına yardım edir.
Xanım Morrell hesab edir ki, yataq üçün neylon kimi örtüklərdən yox, pambıqdan hazırlanmış yataq dəstlərindən istifadə etmək məsləhətdir. Pambıq dəstlər neylondan fərqli olaraq təri çəkir və insanın bədənini quru saxlayır.

O həmçinin ağcaqanadlardan qorunmaq üçün pəncərələrə tor çəkilməsini məsləhət görür.



Lakin Lafboro Universitetinin Kliniki Yuxu Tədqiqat bölüməsinin direktoru, professor Kevin Morgan bildirir ki, rütubət və həşəratlar yuxunun baslıca düşməni deyil.

Onun fikrincə, isti havalarda yatağa uzanan insanın ruhi və fiziki durumu müxtəlif ola bilər.

Məsələn, kimsə qədərindən artıq alkoqol qəbul edib, kimi isə cari işlərlə əlaqədar narahatlıq keçirir. Bəs görəsən alkoqol yuxu gətirirmi?

Şərab



“İsti havalarda yatağa girirsən və yuxuya gedə bilmirsən, - deyir professor Morgan, - sizi yuxuya getməyə qoymayan düşündüklərinizdir. Yatağa uzanarkən işdə qabağa çəkilməməyinizin səbəbləri barədə düşünməyin. Bu yuxusuzluq üçün ən yaxşı dərmandır”.

“Əvəzində qalxın, qəzet, kitab oxuyun, ya da başqa iş görün. Amma kompüteri işə salmayın və e-mail-ləri yoxlamayın” – deyir professor.

Məsləhət veriir ki, əgər bu sizin normal adətiniz deyilsə, bir qədəh gecə içkisinə əl atmayın:

“Əgər siz yatmazdan əvvəl bir-iki qədəh şəraba adət etmisinizsə və bu kömək edirsə, qoy olsun, yox əgər belə bir adətiniz yoxdursa, bunu etməyin. Alkoqol yaxşı yuxu gətirir, lakin uzunmüddətli yaxşı yuxuya kömək etmir”.

Professorun fikrincə, yatmazdan qabaq soyuq duş da yaxşı fikir deyil. Soyuq duş əvvəlcə sizə ləzzət verəcək, lakin dərinizdəki məsamələri qapayacaq, az tərləyəcəksiniz. Duş qəbul etmək istəyirsinizsə, ilıq suya üstünlük verin.



Ən əsası isə yuxusuzluqdan əziyyət çəkmək kimi fikirləri beyninizdən atasınız. İki gecə az yatmaq sağlam adamlara o qədər də ziyan vurmur.

“İki yuxusuz gecədən sonra, o qədər yorğun olacaqsınız ki, havadan asılı olmayaraq yuxu özü gələcək” – Morqan deyir.

Səbinə Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti