23 məktəbli zəhərlənərək ölüb

23 məktəbli zəhərlənərək ölüb
  19 İyul 2013    Oxunub:1052
Hindistanda 4-12 yaş arası 23 uşaq qidadan zəhərlənərək ölüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Bihar əyalətindəki məktəblərin birində baş verən hadisədə zəhərlənən uşaqlardan 23-nü xilas etmək mümkün olmayıb. Uşaqların bir hissəsi xəstəxanaya çatdırılıb.

Uşaqlar mədələrinin ağrıdığını deyəndən sonra müəllimləri onları evə buraxıb. Amma onların bir neçəsi elə yoldaca özündən gedib. Bundan sonra onların zəhərləndiyi məlum olub.

Qidadan zəhərlənərək ölən məktəblilərin yaxınları isə etiraz aksiyaları keçirib, polis maşınlarını yandırıblar. Hökumət isə açıqlama verərək yeməklərin keyfiyyətinin araşdırılması üçün komissiya yaradıldığını bildirib. Hadisədə təqsirli bilinən məktəb direktoru isə yoxa çıxıb və polis hər yerdə onu axtarır.

Uşaqların zəhərləndiyi məktəb hökumətin 1, 2 milyon məktəbdə tətbiq etdiyi və 120 milyon uşağı əhatə edən pulsuz nahar yeməyi proqramının olduğu məktəblərdən biridir. İstintaqda əsas diqqət yeməkdə istifadə olunan yağa yönəlib. Məktəbliləri müayinə edən həkimlər isə ehtimal edir ki, yeməklərə həşərat dərmanı qarışmış ola bilər. Hinditsan mətbuatının yazdığına görə, yeməklərin bişirilməsində istifadə olunan yağ əvvəllər həşərat dərmanı saxlamaq üçün istifadə olunmuş qabda olub.

Hindistan hökuməti məktəblərdə pulsuz yemək verməklə həm aclıqla mübarizə aparmaq həm də təhsil səviyyəsini artırmaq üçün uşaqlarıln məktəblərə cəlb olunmasını hədəfləyir.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti