Nazir zəif məktəblərdən danışdı:`Bu heç kimə sirr deyil...`

Nazir zəif məktəblərdən danışdı:`Bu heç kimə sirr deyil...`
  19 Aprel 2016    Oxunub:2954
Təhsil Nazirliyi “Azərbaycan üçün öyrət” yeni təhsil proqramı uğurlu müəllimlərin seçilməsinə yönəlib.
AzVision.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsilin gücü müəllimin gücündən birbaşa asılıdır. Odur ki, yeni layihə də məhz buna xidmət edir:

“Məktəb rəhbərlərinin müstəqil müəllim seçmək imkanlarını araşdırırıq. Bu layihənin məqsədi təhsilimizə elmi, təhsil sahəsində uğurları olan “ulduzların” məktəbələrə cəlb edilməsidir. 2013-cü ildən məktəblərdə vətənpərvərlik mövzusu ilə dərslərimizi başlayırıq, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edirik. Artıq ictimaiyyətin məktəblərlə qovuşması üçün yeni layihəyə start veririk. Bildiyiniz kimi müəllimlərin seçiminə son illər daha diqqətlə yanaşırıq. Əsas məqsəd şəffaf qəbul keçirilməsidir. Bu proqramın daim yenilənməsi barədə də işlər aparırıq. Gələcəkdə məktəb rəhbərlərinin müstəqil müəllim seçmək imkanlarını araşdırırıq. Lakin yüksək və zəif nəticə akademik nəticə göstərən məktəb müəllimləri arasında fərqlər var. İlk kateqoriyadakı məktəblərdə yüksək akamik naliyyətlərin açılmasını istəyiriksə, ikinci qrupda isə minimal bilik səviyyəsinin artırılmasına çalışırıq.Biz əvvəlcə aşağı nəticə göstərən məktəbləri cəlb etməyi planlaşdırırıq”.

Nazir onu da vurğulayıb ki, respublika səviyyəsindən aşağı səviyyədə nəticə göstərən məktəblərin olması heç kimə sirr deyil.

“ Zəif akademik naliyyətlərin səbəbləri məktəb, idarəetmə və ya sosial faktorlarla bağlı olması qarşıda duran əsas sualdır. Çox güman ki, bu həm təhsil sistemi, həm də təhsildən kənar faktorların birləşməsinin nəticəsidir. Bu layihə vətəndaşlıq hissinə tövhə vermək istəyənlər üçün məktəbdə şəraitin yaradılmasıdır. Layihənin növbəti mərhələsində əsas məqsəd maarifləndirmə olacaq. Zəif nəticə göstərən şagirdlərlə öz biliyini bölüşmək istəyənlərə imkan yaradılacaq. Layihə hər kəs üçün açıqdır, beynəlxalq formatdır. Əsas məqsədimiz kor-koranə hər hansı aləti təhsil sistemində tətbiq etmək deyil. Məqsəd konkret məktəb və şagird qarşısında duran problemlərin tapılması və həll edilməsidir”.

Tədbirdə "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, fəal gənclər, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və KİV təmsilçiləri iştirak ediblər. İştirakçılara şagirdlərin daha çox öyrənmək istəyini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “Azərbaycan üçün öyrət” (www.facebook.com/tfa.az; elektron poçt: [email protected]) yeni təhsil proqramının təqdimatı keçirilib, proqramın məqsədi, vəzifələri və proqramda iştirak imkanlarını əks etdirən videoçarx izlənilib.

“Azərbaycan üçün öyrət” təhsil proqramı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin, şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir.
Proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edəcək. Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, şagirdlərin bilik səviyyəsinin artırılması və məktəbin akademik göstəricilərinin yüksəldilməsi imkanı qazanmaq mümkün olacaq.

Sonda Təhsil Nazirliyi və “Kapital Bank” arasında proqramla bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Gültəkin Ələsgər


Teqlər:






Xəbər lenti