Sabah bu rayonlar qazsız qalacaq

Sabah bu rayonlar qazsız qalacaq
  19 Aprel 2016    Oxunub:2451
Aprelin 20-də saat 10:00-dan 18:00-dək bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən AzVision.az-a bildirilib.

“Təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq”, - deyə “Azəriqaz” dan qeyd ediblər.

Qurum xəbərdarlıq edir ki, aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:






Xəbər lenti