Qəmbərin dediyi “Şaxta Baba”
İkincisi, hər hansı xarici dövlət qarşısında öhdəliyin olub-olmamasıdır. Onun birinci şərtlə bağlı çətinlikləri ikincinin yanında kiçik qalır. Məgər özünün dəfələrlə haqqında danışdığı mülkləri - Rusiyadakı kino şirkəti, Moskvanın mərkəzində və Los-Ancelesdə adına olan böyük mülklər, villalar onun üçün həmin ölkələr qarşısında kifayət qədər öhdəliklər yaratmırmı? Əlbəttə, yaradır və bütün bunları o, artıq başa düşmək üçün düşünməyə başlayıb.
Nəticə? Nəticə budur ki, Rüstəm İbrahimbəyov namizədliyinin qeydə alınmamasına ehtimal kimi yox, mövcud vəziyyətindən dolayı real yanaşmağa başlayaraq, müxalifət partiyalarını seçkiyə qatılmamağa çağırıb. AXCP artıq bu çağırışa müsbət cavab verib. Niyə Rüstəm bəy, siz olmasanız, başqa müxalif partiyalarının liderləri namizədliyini irəli sürmək hüququnu itirir?
Bilmirəm, başqa daha hansı partiyalar bu çağırışa müsbət cavab verəcək. Amma məncə, bu faktın özü artıq indilikdə bu il keçiriləcək şəffaf və demokratik prezident seçkilərini qarışdırmağa ciddi təhdid cəhdidir. Bunun isə məsuliyyəti olmalıdır. Bir neçə gün əvvəl onun ölkəyə nə vaxt gələcəyini, ümumiyyətlə gəlib-gəlməyəcəyini araşdırmağa çalışan jurnalistlətin ağzının üstündən vurmağa çalışan Rüstəm İbrahimbəyov bunu özünün edəcəyini və məsuliyətini də daşıyacağını açıqlamışdı. İndi isə seçkini pozmağa cəhd edir. Məncə, bu da ikinci məsuliyyətdir.
Və nəhayət. Qardaşı Maqsud İbrahimbəyov, xanımı Lyudmila Duxovnaya, digər yaxınları... Niyə heç biri onun namizədliyini dəstəkləmirlər, ya da bu məsələ ilə bağlı fikir bildirməkdən konkret qaçırlar?
Düşünək: Rusiya vətəndaşlığından çıxmaq üçün lazım olan 6 aylıq işi bir aya görəcəyini düşünən, xarici ölkələr qarşısında öhdəlikləri olduğu halda bunu inkar edən, “jurnalistlərin ağzının üstündən vuran”, özünün prezidentliyə namizədlik hüququnun olmadığını nəhayət başa düşən böyük yazıçını yaxınları yəqin ki, bizdən yaxşı tanıyırlar. Amma əminəm ki, Azərbaycandakı jurnalistlər onların ağzının üstündən kiminsə “yumruq vurmasına” göz yummayacaqlar, Rüstəm İbrahimbəyov haqqında ciddi araşdırmalar aparacaqlar, onu daha yaxından tanımaqla qalmayıb, xalqa da tanıdacaqlar.
Xatırladıram, Müsavat partiyasının başqanı İsa Qəmbər 2012-ci ilin dekabrında Azadlıq Radiosunda demişdi: “Hamı Şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, Şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir”.
Bəs niyə mümkün oldu? Nağılmı gerçəkləşib, yoxsa gerçəkmi nağıllaşıb?.
Mətləb Əliyev