Prezident yeni yolun açılışında

Prezident yeni yolun açılışında
  19 İyul 2013    Oxunub:1246
Prezident İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak edib.
Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 7,5 milyon manat vəsait ayrılıb. Layihənin ümumi smeta dəyəri 9,3 milyon manatdır. Uzunluğu 36, eni isə 8-10 metr olan avtomobil yolunun əsaslı təmirinə 2012-ci ilin iyulunda başlanılmış, 2013-cü ilin iyununda başa çatdırılıb.

Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni, o cümlədən Taxtalar, Qələgah, Dağbilici, Zöhramlı, Pirəbədil, Sumaqova, Qorğan, Kilvar, Zeyvə, Mumlu və Sumaqova-Qazma kəndlərini əhatə edir. Yol boyunca 25 su keçidi inşa olunub. Burada 14 metr uzunluğunda körpü də salınıb.


Teqlər:





Xəbər lenti