Gizli dinləyənin biri də gəldi

Gizli dinləyənin biri də gəldi
  19 İyul 2013    Oxunub:1928
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi telefon zənglərini dinləmək və elektron məlumatlar toplamaq üçün Almaniyanın “BND” kəşfiyyat xidməti ilə birlikdə bu ölkədə xüsusi mərkəz yaratmağı planlaşdırır.
“Rossiya 24” telekanalının yaydığı məlumata görə, yeni izləmə mərkəzi Visbadendə, ABŞ-ın Avropadakı Birləşmiş Qüvvələrinin mənzil-qərargahında yerləşəcək.

Almaniya kəşfiyyatından bildiriblər ki, ABŞ-ın “dinləmə” proqramı Almaniya ərazisində yeddi terror aktının qarşısını almağa kömək edib, xüsusi xidmət orqanları üçün çox faydalı olub. Ona görə də belə bir mərkəz yaratmağa ehtiyac var.

Almaniya müxalifəti və milyonlarla sadə alman belə bir fikirlə əsla razı deyil. Bundestaqda bu mövzuda kəskin mübahisələr gedir, Angela Merkel hökumətini tənqid edirlər.


Teqlər:





Xəbər lenti