Azay Quliyev jurnalistləri təbrik etdi

Azay Quliyev jurnalistləri təbrik etdi
  20 İyul 2013    Oxunub:1069
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrini təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Azərbaycan milli mətbuatının yaranmasından artıq 138 il ötür. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra isə Azərbaycan mətbuatı üçün yeni dövr başlayıb. Belə ki, plüralistik cəmiyyətin qurulması jurnalistlərimizə fikrini azad şəkildə ifadə etmək, üstün dünya təcrübəsindən bəhrələnmək və milli maraqlarımızı qətiyyətlə müdafiə etmək imkanı yaradıb. Milli mətbuatımız eyni zamanda Qarabağ münaqişəsi başlanan dövrdən Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında da böyük rol oynayıb və hazırda da bu işi uğurla davam etdirir.

Sizləri 22 iyul Milli Mətbuat günü münasibəti ilə təbrik edir, hər birinizə şəxsi və peşəkar həyatınızda uğurlar diləyirəm!”.


Teqlər:





Xəbər lenti