Xəzərdə ardıcıl üç zəlzələ

Xəzərdə ardıcıl üç zəlzələ
  21 Aprel 2016    Oxunub:1613
Xəzər dənizində daha bir zəlzələ olub.
Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, aprelin 20-də yerli vaxtla saat 19:00-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 46 km olub.

Qeyd edək ki, aprelin 19-da 02:46 və aprelin 20-də saat 00:22-də də zəlzələ olub.

AzVision.az




Teqlər:






Xəbər lenti