Azərbaycanda 24 minə qədər məhkum var
Üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsi adından bununla bağlı cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirən Ç.Qənizadə deyib ki, bu rəqəm eyni zamanda, büdcədən xərclərin artmasına da səbəb olur:
“Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində bu məhkumların sayı xeyli aşağı düşəcək.
Məsələn, hazırda qüvvədə olan sanksiyaya əsasən narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına”.
Deputatın sözlərinə görə, yaxın zamanlarda bununla bağlı qanunvericiliyə müvafiq islahatlar, təkmilləşdirmələr nəzərdə tutulması gözlənilir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


