Kerri yeni ölkə “yaratdı”

  22 Fevral 2013    Oxunub : 328
Kerri yeni ölkə “yaratdı”
ABŞ dövlət katibi Con Kerri Virciniya Universitetindəki ilk geniş nitqi zamanı Qazaxıstan və Qırğızıstan respublikalarını bir-birinə qatıb və yeni ölkə -“Qırzaxstan”ı kəşf edib.
“Cəsur amerikalılar planetin ən təhlükəli nöqtələrində xidmət edirlər. Onlar Nigeriyada korrupsiya ilə mübarizə aparır, Birmada qanun aliliyini bərqərar edir, Qırzaxstan və Gürcüstandakı demokratik dəyişiklikləri dəstəkləyirlər və zənnimizcə bu ölkələrin demokratiyaya keçidi uzun müddət davam edəcək”,-deyə dövlət katibi bildirib.
Amerikalı jurnalistlərin fikrincə, Kerri İsrail səfərindən öncə Qırzaxstan adlı ölkənin harada yerləşdiyini dəqiqləşdirsə yaxşıdır.

Teqlər: