Qızılağac Dövlət Qoruğunda yanğın olub

Qızılağac Dövlət Qoruğunda yanğın olub
  20 İyul 2013    Oxunub:2189
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzVİsion.az-a verilən məlumata görə, iyulun 19-u, saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın baş verib.

Güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 55 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.

ETSN-nin yerli qurumlarının əməkdaşlarının səyləri ilə yanğın saat 21-50 radələrində tam söndürülüb.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

ETSN-yi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.


Teqlər:





Xəbər lenti