Faktiki hava şəraiti - Yazda qar yağıb

Faktiki hava şəraiti  - Yazda qar yağıb
  22 Aprel 2016    Oxunub:1698
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enib.

Əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində hava şəraiti dəyişib, şimşək çaxıb, əksər rayonlarda yağış yağıb, dağlıq rayonlarda qara keçib.

Düşən yağıntının miqdarı 1-9 mm təşkil edir. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti