Lavrov İrəvanda Qarabağdan danışdı: `Putin səylər göstərdi...` (VİDEO)

Lavrov İrəvanda Qarabağdan danışdı: `Putin səylər göstərdi...` (VİDEO)
  22 Aprel 2016    Oxunub:3664
Moskva Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan müddətsiz razılaşmaya riayət olunmasını tərəfdarıdır.

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hansı dövrün olduğunu anlayırıq. Gərginliyin azaldılması üçün biz, şəxsən prezident Vladimir Putin səylər göstərdi”, - deyə Lavrov bildirib.

Lavrovun sözlərinə görə, ATƏT-in vasitəçiliyi ilə qarşılıqlı inam yaratmaq, gərginliyin azaldılması və snayperlərin geri çəkilməsi üzrə razılaşmaları yekunlaşdırmaq lazımdır: “ Münaqişənin siyasi yolla həll olunmasına gəldikdə isə biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərin baş verməməsi üçün mümkün olan hər şeyi etmək lazımdır.



“Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır” - deyən Lavrov bildirib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: “ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq”.

Kazan sənədi ilə bağlı jurnalistin sualına S. Lavrov belə cavab verib: "Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib".




Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti