Tiflisə etiraza gedən azərbaycanlılar Gürcüstana buraxılmadı

Tiflisə etiraza gedən azərbaycanlılar Gürcüstana buraxılmadı
  22 Aprel 2016    Oxunub:2603
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə aprelin 23-də Ermənistanın Tiflisdəki səfirliyi qarşısında keçiriləcək dinc etiraz aksiyasında iştirak etmək üçün yola düşən Azərbaycanın nümayəndə heyəti Gürcüstana buraxılmayıb.
BDM-dən bildirilib ki, nümayəndə heyətinin tərkibində olan BDM sədri İsmayıl Ağayev, sədr müavini Samir Adıgözəlli, BDM-in Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb. İsmayıl Ağayev və Namiq İsayev “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən geri qaytarılıb.

Samir Adıgözəlli isə Qardabanidə 2 saat saxlandıqdan sonra “Sadıqlı” keçid məntəqəsindən Azərbaycana göndərilib: “Keçiriləcək aksiya ilə bağlı Tiflis meriyasının müsbət cavab verməsinə baxmayaraq, BDM nümayəndə heyətinin saxlanması və bu ölkəyə buraxılmaması təəssüf hissi doğurur. Buna baxmayaraq BDM-in Gürcüstan nümayəndəliyi planlaşdırılmış aksiyanı həyata keçirəcək” – deyə, məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti