Rezidenturaya sınaq imtahanlarının vaxtı açıqlandı
Qeyd edək ki, rezidenturaya yalnız tibb sahəsində ali təhsilli namizədlər ərizə verə bilərlər. TQDK-dan bildirlir ki, sınaq imtahanları iki mərhələdən ibarət olacaq. Sentyabrın 9-da keçiriləcək birinci mərhələdə namizədlər baza fənləri üzrə test suallarına cavab verəcəklər. Sentyabrın 10-da keçiriləcək ikinci mərhələdə isə, namizədlər ixtisas fənləri ilə bağlı suallara cavab verməli olacaqlar. İxtisas seçiminə birinci mərhələdə 40, ikinci mərhələdə isə 50 bal toplamış namizədlər buraxılacaqlar.
AzVision.az