Gəncədə Yer Günü qeyd edilib

Gəncədə Yer Günü qeyd edilib
  22 Aprel 2016    Oxunub:1603
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən hər il 22 aprel Beynəlхalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
AzVision.az -a daxil olan məlumata görə, bu il də Beynəlхalq Yer Günü ilə əlaqədar Gəncə şəhərində yerləşən təhsil müəsssisələrində silsilə tədbirlər keçirilmiş.şöbə əməkdaşları tərəfindən iməclik təşkil olunub.

1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilb. Bunda məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həlli üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olub.

Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. Beynəlхalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.


Teqlər:





Xəbər lenti