Vasif Talıbovdan mətbuat nümayəndələrinə dəvət

Vasif Talıbovdan mətbuat nümayəndələrinə dəvət
  20 İyul 2013    Oxunub:1129
Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2013-cü il iyul ayının 23-də saat 11:00-da Naxçıvan şəhərində çağırılması ilə bağlı qərar verib.
Qərarda bildirilir ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2013-cü il iyul ayının 23-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

III. Sessiyanın iclasına müzakirə olunacaq məsələlərə aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti