“ATƏT-ə ayıb olsun”

“ATƏT-ə ayıb olsun”
  22 Fevral 2013    Oxunub:1637
ATƏT bərli-bəzəkli bəyanatlar verməklə məşğuldur.
“Başda ATƏT olmaqla Ermənistanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edən beynəlxalq təşkilatlara ayıb olsun. İyirmi ildir bizi aldadırlar. Bu nə bəyanatdır veriblər? Heç nə olmayıb, seçki gözəl keçib. Məgər bu doğrudan belədir?”
Bunu açıqlamanı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.
O Ermənistan Mərkəzi Seçki Komissiyasının ölkədə guya 2,5 milyon seçici olduğu barədə məlumatını xatırladıb: “Dünya ölkələrinin hamısında səsvermə hüququ olan seçicilərin sayı ümumi əhalinin 50-54 faizini təşkil edir. Belə olan təqdirdə Ermənistanda 2,5 milyon seçici necə ola bilər? ATƏT bərli-bəzəkli bəyanatlar verməklə məşğuldur. ABŞ Dövlət Departamenti də bu bəyanatı təsdiqlədi və onun bəzəyini bir az da artırdı. Bax, bu göstərir ki, biz dünyada təklənmişik, yeganə yanımızda olan dövlət Türkiyədir. Ona görə də hər birimiz ayıq-sayıq olmalıyıq”. (apa)




Teqlər:  





Xəbər lenti