Bu gün I qrup üzrə qəbul imtahanı keçirilir

Bu gün I qrup üzrə qəbul imtahanı keçirilir
  21 İyul 2013    Oxunub:1225
Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 21-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 69 binada keçiriləcək.

İmtahanların idarə olunması üçün 275 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2980nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.

2013-cü ildə I qrup üzrə 36883 abituriyent ərizə təqdim edib.
Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511 nəfərini isə qızlar təşkil edir.

21210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.
13766 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

Bakı şəhərində 17402, Naxçıvanda 1713, Gəncədə 4201, Sumqayıtda 3093, Mingəçevirdə 1491, Şəkidə 2080, Ağcabədidə 905, Göyçayda 1612, Şirvanda 1326, Lənkəranda 1915, Qubada isə 1145 abituriyentin imtahan verəcəyi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti