Aprelin 22-də nələr oldu? - Xronika

Aprelin 22-də nələr oldu? - Xronika
  23 Aprel 2016    Oxunub:2017
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 22-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

ABŞ-dan Qarabağla bağlı növbəti Açıqlama

ABŞ BMT-ın prosesinə kömək etməyə davam edir və bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı yolu olduğunu hesab edir.

***

Rusiya XİN Qarabağla bağlı bəyanat verdi

Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir. Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

***

Ermənilərdən Lavrova və Rusiyaya hörmətsizlik - (FOTOLAR + VİDEO)

İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı təşkil olunan etiraz aksiyası başa çatıb.

***

Ərdoğan Davudoğlunun sürücüsü oldu - VİDEO

Türkiyədə İstanbul-İzmir magistral yolunun Yalova Altınova-Bursa Gemlik hissəsindəki körpünün açılışı olub.

***

`Azərbaycan torpaqlarının işğalı qəbuledilməzdir` - Çavuşoğlu

Ermənistan ordusunun atəşkəsi pozması təəssüfləndirici haldır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

***

Martirosyan ailəsi Bakıdan 3-cü ölkəyə göndərildi

Keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ailəsi ilə birlikdə üçüncü ölkəyə yola salınıb.

***

`Erməni saxtakarlıqlarını ifşa edəcəyik` - Kamran İmanov

“Ermənilərin siyasi sütununu təşkil edən etnik təmizləmə, digər xalqların mədəniyyətinə qəsb etmə siyasəti o qədər də zərərsiz deyil”. Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Azərbaycanın multikultural siaysəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda Bakıda keçirilən konfransda deyib.



Azərbaycana qar yağdı - FOTOLAR

Yaz fəsli olmasına baxmayaraq, Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarına qar yağıb.

***

Bakıdakı atışmanın detalları - 4 nəfər həbs edildi

Dünən axşam Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib.

***

Türkiyədə növbəti terror - 3 əsgər şəhid oldu

Türkiyədə PKK qruplaşması tərəfindən yeni terror aktı törədilib.

***

Lavrov ermənilərə cavab verdi – VİDEO

Ermənistan paytaxtı İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Edvard Nalbandyanın birgə mətbuat konfransı keçirib.

***

Lavrov İrəvanda Qarabağdan danışdı: `Putin səylər göstərdi...` (VİDEO)

Moskva Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan müddətsiz razılaşmaya riayət olunmasını tərəfdarıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.



İlham Əliyev sərnişin gəmilərini istifadəyə verdi- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib.

***

Rusiya Qarabağa görə Türkiyəni ittiham etdi -VİDEO

`Türkiyənin Dağlıq Qarabağ üzrə bəyanatları münaqişənin nizamlanmasına yardım etmir, əksinə müharibəyə çağırışdır`. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirilən mətbuat konfransında bildirib.

***

Erməni əsgərlər bir-birilərini güllələdi - 2 ölü

Ermənistanda iki hərbçi öz əsgər yoldaşları tərəfindən öldürülüb.

***

Tiflisə etiraza gedən azərbaycanlılar Gürcüstana buraxılmadı

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə aprelin 23-də Ermənistanın Tiflisdəki səfirliyi qarşısında keçiriləcək dinc etiraz aksiyasında iştirak etmək üçün yola düşən Azərbaycanın nümayəndə heyəti Gürcüstana buraxılmayıb.

***

`Təhlükəsizliyə ciddi zərbə vurulub` – Nalbandyan

Dağlıq Qarabağ ətrafında baş verən hadisələr danışıqlar prosesinə zərər vurdu. Bu hadisənin nəticələrinin necə aradan qaldırılması barədə düşünmək lazımdır.

***

Erməni niyə minaya düşüb? - KARİKATURA

Dünən cəbhənin şimal istiqamətində ermənilərin hərbi maşını özlərinin basdırdığı minaya düşüb.

***

Müdafiə Nazirliyindən xəbərdarlıq: Şəkilləri təcili silin

“Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan xalqımız ordumuza müxtəlif sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir. Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilib. Bir daha xatırladırıq ki, hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib”.

***

Lavrovun Sarkisyanla görüşü: `Özünüz razılığa gəlin`

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaradılmasına qarşıdır. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı bildirib.

***

Ermənilər Qarqar çayı ilə Azərbaycana mina axıdır - FOTOLAR

Ağdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub.

***

`İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir` – Nazir

Azərbaycan və İran prezidentləri tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir.



Polkovnik Həmidova Milli Qəhrəman adı verildi - FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik–leytenant Həmidov Şükür Nəriman oğlu prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

***

Kluni ermənipərəst xanımı ilə İrəvanda - VİDEO

Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı, məşhur vəkil Amal Kluni Ermənistana səfər edib.

***

Sarkisyan xalqdan qorxur - Polisə hərbçilərdən çox pul veriləcək

Ermənistan prezidenti Serj Sarkisyan ölkə daxilində baş qaldıran nümayişlərdən sığortalanmaq qərarına gəlib.

***

`Qarabağ işğaldan azad edilməlidir` - Stefan Şennak

“Mənim Azərbaycan səfərim Dağlıq Qarabağda gərginliyin hələ davam etdiyi müddətə təsadüf edirdi. Belə vəziyyətin yaranmasına görə kifayət qədər narahatlıq və təəssüf hissi keçirirəm”.

***

Dünyanın ən nüfuzlu 100 adamı - Kim Çen In birincidir

“Time” jurnalı dünyanın ən nüfuzlu 100 adamın siyahısını dərc edib.

***


İrəvanda polis jurnalistləri döydü - VİDEO


Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş edən aksiya iştirakçıları polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

***

İrəvanda qarşıdurma - 42 etirazçı həbs edildi (FOTOLAR)

İrəvan polisi prezident Sarkisyanın iqamətgahına doğru yürüş edən aksiya iştirakçılarını güc tətbiq edərək dağıdıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti