Xəbərdarlıq: Bu il 3 əsrin ən isti ili olacaq

Xəbərdarlıq: Bu il 3 əsrin ən isti ili olacaq
  23 Aprel 2016    Oxunub:4663
Bu il dünyada 1800-ci ildən inyidədək ən isti yay olacaq.

AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, amerikalı elm adamları havanın temperaturunun bu qədər artmasını qlobal atmosfer hadisəsi olan El Ninyo ilə əlaqələndirirlər.

NASA rəsmisi Qavin Smidtin araşdırmalarına görə, bu nəticəni əldə etmək üçün oktyabr və noyabr aylarını gözləmək lazım idi. Ancaq bu il, mart və aprel ayından etibarən yüksəlməyə başlayan istilik yay və sonrakı fəsillərin necə keçəcəyini təxmin etməyə əsas verir.

NASA-nın nəzdnində işlərini davam etdirən elm adamları 2016-cı ildə istiliyin rekord həddə olacağını bildiriblər. Alimlər istiliyin bu qədər artmasını qlobal atmosfer hadisəsi olan El Ninyo ilə əlaqələndirirlər.

İstiliyin artması təbii fəlakətlər, quraqlıq, sel və fırtına kimi təbii fəlakətlərlə nəticələnəcək. Sözügedən qlobal atmosfer hadisəsinin təsiri ilə bir-birinə yaxın bölgələrdə fərqli iqlim şərtləri ortaya çıxacaq.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti