“Xalq Bank”dan partlayışla bağlı açıqlama

“Xalq Bank”dan partlayışla bağlı açıqlama
  24 Aprel 2016    Oxunub:2233
Bu gün səhər saatlarında “Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev bildirib.

E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında “Xalq Bank”ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti