Ermənilər kəndlərimizi atəşə tutdu - 2 evə ciddi ziyan dəyib
Onun sözlərinə görə, ötən gün gecə saatlarında erməni hərbi birləşmələri cəbhə xəttində yenidən təxribata əl atıblar. Nəticədə iki sakinin evinə ciddi ziyan dəyib:
“Gecə saat ikidən başlayaraq ermənilər kəndi atəşə tutmağa başladılar. Atışma xeyli davam etdi. Erməni tərəfi toplardan, minaatanlardan istifadə edirdilər. Ermənilərin açdıqları atəş nəticəsində kənd sakini İsmayılov Müzəffər Səfər oğlu və Əsədov Əli Mütəllim oğlunun evinə ciddi ziyan dəyib. Müzəffər İsmayılovun evi tamamilə yararsız vəziyyətə düşüb. Kənd sakin Əli Əsədovun evinin damı, divarları dağılıb” .
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.
Hafiz Əhmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


