Paytaxtın bəzi yolları bağlanır - SİYAHI
V.Əsədov deyib ki, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanından şəhər istiqamətində - Aeroport şosesi, Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Azadlıq prospekti, Mehdi Hüseyn, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft dairəsi, Niyazi küçələrində, Nərimanov rayonu ərazisindəki bəzi küçələr, həmçinin, həmin marşrutla geriyə olan ərazilərdə mərkəzə doğru avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması planlaşdırılır.
Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur.







Vaxtında, Aydın, Lazımlı!


