Bakıda mağazadan 120 minlik qızıl oğurlanıb

Bakıda mağazadan 120 minlik qızıl oğurlanıb
  25 Aprel 2016    Oxunub:1540
Bakıda mağazadan külli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Natavan Tağıyevaya məxsus mağazadan oğurlanan qızıl 120 min manat dəyərində olub.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Ağdam rayon sakinləri Bəhruz Hüseynov və Pərviz Paşayev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  






Xəbər lenti