“1 manatlığın ləğv olunması müsbət haldır”

“1 manatlığın ləğv olunması müsbət haldır”
  20 İyul 2013    Oxunub:1412
“Azərbaycanda 1 manatlıq əsginasların yerinə eyni nominalda sikkələrin dövriyyəyə buraxılması müsbət haldır”.
Bu sözləri AzVision.az-a iqtisadçı, ekspert Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, ödəniş sistemlərinin kart sisteminə keçirilməsi, kiçik nominallı pullara ehtiyacı azaldıb:

“Bu cür pulların dövriyyədən çıxarılması, müsbət hal kimi qiymətləndirilməlidir. Manatın sikkələrlə əvəz olunması, pulun keyfiyyətinin artmasına gətirib çıxaracaq”.

A.Hüseynovun sözlərinə görə, bir manatlığın dövriyyədən çıxarılması, iqtisadiyyatın inkişafı baxımından qlobal məsələyə çevrilməməlidir:

“Bu ölkədə aparılan pul-kredit sisteminin müəyyən bir tərkib hissəsi olaraq, bugünkü pul dövriyyəsinin tələblərinə uyğun şəkildə həyata keçirilən layihədir. Bunu belə qiymətləndirmək lazımdır”-deyə o əlavə edib.

Mirvari



Teqlər:  





Xəbər lenti