Prezident kralı təbrik edib
"Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Belçika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
İlham Əliyev II Albertə möhkəm cansağlığı, işlərində uğurlar, dost Belçika xalqına daim sülh və rifah diləyib.
AzVision.az