Elmar Vəliyev Yohannes Dopffelinlə görüşdü

Elmar Vəliyev Yohannes Dopffelinlə görüşdü
  25 Aprel 2016    Oxunub:1352
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə səfərdə olan Almaniyanın Federal İqtisadi Əməkdaşlıq Nazirliyinin Azərbaycan ilə ikitərəfli əlaqələr üçün cavabdeh olan şöbə müdiri cənab Yohannes Dopffelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin gəlişinin əsas məqsədi Almaniya Federal Hökuməti tərəfindən maliyyələşdirilən, KfV və GİZ təşkilatları tərəfindən həyata keçirilən layihələrin gedişi ilə tanış olmaq olub.

İcra başçısı Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu bildirib. Elmar Vəliyev Gəncə sakinləri üçün əhəmiyyətli olan layihələr barəsində öz fikirini bildirərək, layihənin tez bir zamanda müvəffəqiyyətlə yekunlaşmasını arzulayıb.

Yohannes Dopffel qeyd edilən layihələrin uğurlu yekunu iki dövlət arasında olan əməkdaşlığı daha da artıracağını, eyni zamanda sakinlərin da razılığına səbəb olacağını vurğulayıb.

Daha sonra layihə ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti