Leyla Əliyeva BMT-nin proqram rəhbəri ilə görüşdü

Leyla Əliyeva BMT-nin proqram rəhbəri ilə görüşdü
  25 Aprel 2016    Oxunub:1168
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin “Qadınlar Sülh Naminə” Proqramının rəhbəri Muna Rihani Əl-Nassir və Qananın “Texnologiya və Mühəndislikdə Yeni Liderlər” Təşkilatının nümayəndəsi Akrasi Dadzie ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumunun əhəmiyyəti qeyd edilib.

Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələr barədə məlumat verilib, əməkdaşlığın perspektiv məsələləri müzakirə olunub.

AzVision.az


Teqlər:  






Xəbər lenti