Erməniləri məhv edən hərbçilərimiz əhali ilə görüşdü - FOTOLAR

Erməniləri məhv edən hərbçilərimiz əhali ilə görüşdü - FOTOLAR
  25 Aprel 2016    Oxunub:3536
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən, orden və medallarla təltif olunan hərbçilər xalqla görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Horadiz, Beyləqan və Tərtər şəhərlərində Müdafiə Nazirliyi və yerli icra hakimiyyətlərinin təşkilatçılığı ilə kütləvi hərbi vətənpərvərlik tədbirləri keçirilib.

Hərbçilər rayon sakinləri tərəfindən hərarətlə qarşılanıblar. Onlara alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, cəbhədə baş verən son döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini nümayiş etdirdi. Xalq artisti Samir Cəfərovun ifasında Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yenicə yazdığı "Lələtəpə fatehləri" mahnısı təqdim olunub.

Tərtər şəhərində polkovnik Abdulla Qurbani cəbhədə baş verən hadisələr zamanı Azərbaycan Ordusunun düşmənə vurduğu ağır zərbələrdən və hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan söhbət açıb.

AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti