Hərbçilər rayon sakinləri tərəfindən hərarətlə qarşılanıblar. Onlara alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, cəbhədə baş verən son döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini nümayiş etdirdi. Xalq artisti Samir Cəfərovun ifasında Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yenicə yazdığı "Lələtəpə fatehləri" mahnısı təqdim olunub.
Tərtər şəhərində polkovnik Abdulla Qurbani cəbhədə baş verən hadisələr zamanı Azərbaycan Ordusunun düşmənə vurduğu ağır zərbələrdən və hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan söhbət açıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


