Masazır-Novxanı yolu bağlanır

Masazır-Novxanı yolu bağlanır
  25 Aprel 2016    Oxunub:2435
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, işlər 26 aprel səhər saat 10:00-dan başlanılacaq və axşam saat 17:00-dək davam edəcək.

Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adı çəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

AzVision.az


Teqlər:






Xəbər lenti