`Terrorizm xəstəlik kimi bir şeydir` - Əbülfəs Qarayev

`Terrorizm xəstəlik kimi bir şeydir` - Əbülfəs Qarayev
  26 Aprel 2016    Oxunub:1988
“Terrorizm bütün dünyanı narahat edir. Amma bu məsələni hansısa bir ölkəyə bağlamaq düzgün deyil. Terrorizm xəstəlik kimi bir şeydir. Bu məsələ ilə bağlı birgə mübarizə aparmalıyıq”.
AzVision.az-ın məlunatına görə, bu fikirləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, terorizmin yaranma səbəbləri var: “Hazırda dünyada terror təhlükəsi var. Təəssüflər olsun ki, bəzi hallarda terror İslam dini ilə əlaqələndirilir. Məncə, terrorizm təhsilin, inancların olmadığı mühitdə formalaşır. Yaxın Şərqdə olan problemlərdən biri marginallaşmadır. İnsanın təcrid olunması bu cür mənfi hallara gətirib çıxarır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:






Xəbər lenti