`Bu faicələr bizi hiddətləndirir` - BMT-nin ali nümayəndəsi

`Bu faicələr bizi hiddətləndirir` - BMT-nin ali nümayəndəsi
  26 Aprel 2016    Oxunub:1980
“Bəzən biz faciələrin şahidi oluruq. Bu faicələr bizi hiddətləndirir. Ksenofobiyaya qarşı birgə mübarizə apara bilərik”.
AzVision.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Naser Əbdül Əziz ən-Naser 7-ci Qlobal Forumu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər kəs cəmiyyətdə sülhü yaymağa çalışmalıdır: “Birgə məsuliyyətimiz ondan ibarətdir ki, birgə olaq, sülhü bərqərar edək. Sülhün də təməlini gənclər təşkil edir. Ekstremizmlə mübarizə onun yaranmasının qarşısı alır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı bu istiqamətlərə böyük önəm verir. Dini liderlər də bu işdə birgə işləməli, aktiv olmalıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:






Xəbər lenti