4 gün ərzində 1140 ədəd PHS aşkar edilib

4 gün ərzində 1140 ədəd PHS aşkar edilib
  26 Aprel 2016    Oxunub:1085
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Tərtər rayonu

Qapanlı kəndi – 1 ev və həyətyanı sahədə 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 82 mm-lik partlamamış minaatan mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarı ilə 12 000 kv.m. ərazi yoxlanılıb.

Qaradağlı kəndi – 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 9 000 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Şıxarx kəndi – 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd 60 mm-lik partlamamış minaatan mərmisi aşkar edilərək götürülüb. Nəticə etibarı ilə 5 000 kv.m. ərazi yoxlanılıb.

Cəmi:4 ev və həyətyanı sahə, 14 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat aşkar edilib və 26 000 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 4 ev və həyətyanı sahələrdə 5 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarı ilə 1 380 kv.m ərazi yoxlanılıb.

Cəmi:4 ev və həyətyanı sahə, 5 partlayış yeri, və 1 380 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Alıxanlı kəndi – 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarı ilə 740 kv.m ərazi yoxlanılıb.

Cəmi:4 partlayış yeri və 740 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Təzəkənd kəndi – 2 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarı ilə 5 000 kv.m ərazi yoxlanılıb.

Səfərli kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib və nəticə etibarı ilə 1 000 kv.m ərazi yoxlanılıb.

Əfətli kəndi - ərazisindən keçən Qar-Qar çayı ilə axıb gələn 1 ədəd piyada əleyhinə mina (PMN) aşkar edilərək, işarələnib.

Cəmi:1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 17 partlayış yeri, 6 000 kv.m ərazi yoxlanılıb və 1 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, işarələnib.

Samux rayonu

Kolayır kəndi – 344 ədəd 12.7 mm-lik patron aşkar edilib.

Cəmi 4 gün ərzində: 3 ədəd OFAB-50 aviabomba, 1 122 ədəd 12.7 mm-lik və 15 ədəd 7.62 mm-lik kiçik çaplı mərmilər. Ümumiyyətlə, 1140 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, götürülüb.

25 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 9 ev, 40 partlayış yeri yoxlanılıb, 346 ədəd partlamamış hərbi sursat və 1 ədəd mina aşkar edilib və 34 120 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7-25 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 343 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 287 ədəd partlamamış hərbi sursat və 9 (səkkiz) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti