Ermənilər Tərtərdə 20-dən çox evə ziyan vurub
Bu barədə AzVision.az-a açıqlamasında Tərtərin icra başçısı Müstəqim Məmmədov bildirib.
İcra başçısı qeyd edib ki, düşmənin atdığı mərmilər Tərtərin Həsənqaya kəndində 1 evi tamamilə dağıdıb: “Həmin evin ətrafında olan 5 evə də ciddi ziyan dəyib. Həmçinin Tərtərin mərkəzində 4, Qarağacıda 2, Qazyanda 6, Qaynaq kəndind isə 2 evə ziyan dəyib. Atəş zərbələri nəticəsində 3 baş mal-qara və 1 at tələf olub. Həmçinin işıq dirəklərinə ziyan dəyib. Hazırda həmin xətlər bərpa edilir”.
M.Məmmədov qeyd edib ki, sakinlər arasında xəsarət alan yoxdur və hal-hazırda vəziyyət sabitdir.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


