Azərbaycanda vəhhabilərə qarşı əməliyyat - Tutulanlar var

Azərbaycanda vəhhabilərə qarşı əməliyyat - Tutulanlar var
  26 Aprel 2016    Oxunub:3819
Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən hücrədə Vəhhabi təriqət üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həmin ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı polisə müqavimət göstərən 5 nəfər saxlanılıb.

Hücrədən həmçinin çoxlu sayda dini ədəbiyyat, audio və video materiallar götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  






Xəbər lenti