Ermənilər ATV-nin əməkdaşını yaraladı - VİDEO

Ermənilər ATV-nin əməkdaşını yaraladı - VİDEO
  26 Aprel 2016    Oxunub:4459
Ötən gecə, təxminən saat 1 radələrində başlayaraq, erməni silahlı birləşmələri atəşkəsi pozublar.
ATV-nin Qarabağ bürosundakı əməkdaşı Hafiz Hüseynin məlumatına görə, iri çaplı silahla başlanan atışma sonradan top və ağır silahlara keçib. Tərtərdə cəbhə xəttinə yaxın yaşayış məntəqələri atəşə məruz qalıb. Dinc sakinlərin yaşadığı Qapanlı, Qaraşdı, Şıxarx, Azad Qaraqoyunlu, Köçərli kəndlərinə mərmirlər düşüb evlərdə dağıntılar olub.
Ərazidə çəkiliş aparan ATV-nin Qarabağ bürosunun əməkdaşlarının yanına düşmənin atdığı mərmi düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağının yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da atəş altından çıxarmaq mümkün olub.



Cəbhədə baş verənlərlə bağlı Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumata əsasən Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.






Teqlər:  





Xəbər lenti