Qlobal Forumda Bakı bəyannaməsi qəbul edilib

Qlobal Forumda Bakı bəyannaməsi qəbul edilib
  26 Aprel 2016    Oxunub:2097
Bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib. O, qrupun konsensus əldə etdiyini, nəticədə də Bakı bəyannaməsinin qəbul edildiyini bildirib.

BMT-nin ali nümayəndəsi qeyd edib ki, Azərbaycan hökumətinin dəstəyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun uğurlu nəticə əldə edəcəyindən xəbər verir: "Sivilizasiyalar Alyansının Bakı Forumunu keçirməkdə məqsədimiz qlobal problemlərə sinə gərməkdir. Biz gənclərlə məşğul olmalıyıq ki, dünyada zorakılıq və ekstremizm hallarını azaldaq".

Malta Respublikasının prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin də əksini tapdığını bildirib: “İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən görüşün qarışıq dünyada necə birgə yaşamaq olar sualına cavab tapmağa kömək edəcəyinə əminliyini ifadə edib. Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq dialoqu dəstəkləyir, radikalizm və ekstremizmə qarşı mübarizəyə kömək etməyə həmişə hazırdır.


Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər:  





Xəbər lenti