Məmmədyarov dövlət katibi ilə Qarabağı müzakirə edib

Məmmədyarov dövlət katibi ilə Qarabağı müzakirə edib
  26 Aprel 2016    Oxunub:1524
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparıldı. BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olundu.

E.Məmmədyarov 2 aprel tarixindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verərək, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini və Ermənistan silahlı qüvvələrinin ağır atəş vasitələri ilə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda mülki obyektlərə ciddi ziyan dəydiyini bildirdi.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edərək, münaqişənin həlli ilə bağlı Azərbaycanın nəticəyönümlü danışıqlara hazır olduğunu vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətarfında fikir mübadiləsi aparıldı.

Xarici işlər naziri Elmar Məmmədyarov həmçinin Estoniyanın xarici İşlər nazirinin müavini Killike Silaste-Ellinqi, Brüney Krallığının xarici işlər naziri və ticarət naziri Cok Senq Lim, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Əl Qassimi ilə də görüşüb.


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti