Səudiyyə Ərəbistanı rəsmiləri `ASAN xidmət`də - Fotolar

Səudiyyə Ərəbistanı rəsmiləri `ASAN xidmət`də - Fotolar
  26 Aprel 2016    Oxunub:1907
Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin təlim fakültəsinin dekanı Məhəmməd Həsən Əlsarra və Əd-Diriyə dairəsinin prokuroru Müsəid bin Əbdülrəhman bin Ayəfin başçılıq etdikləri nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
AzVision.az xəbər verir ki, nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 9000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti