Azərbaycan-Bruney əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Bruney əməkdaşlığı müzakirə olunub
  26 Aprel 2016    Oxunub:1073
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Bruney Krallığının xarici işlər naziri və ticarət naziri Cok Senq Lim ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olundu.

C.S.Lim tədbirdə iştirak edən Bruney nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü ifadə etdi.

Azərbaycan və Bruneyin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu. Tərəflər enerji sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi apardılar.

AzVision.az


Teqlər:






Xəbər lenti