Oqtay Əsədov Qazaxıstan Senatının sədri ilə görüşüb
Səmimi qəbul üçün təşəkkürünü bildirən Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev prezident İlham Əliyevlə keçirdiyi görüşdən və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, Qazaxıstan Azərbaycanla bütün sahələrdə, o cümlədən siyasi sahədə münasibətlərin həmişə yüksək səviyyədə olmasına böyük önəm verir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu barədə danışan qonaq forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını söyləyib və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib.
Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə də geniş fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: